Siyasət

Parlament seçkilərinə qatılmaq istəyən partiya nümayəndəsinin səlahiyyətinə xitam verilib

12 Yanvar 2020 14:27
Baxış: 718

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Belə ki, iclasda Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb. Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.