Siyasət
9 yaşlı Fariz Bədəlovun qətli ilə bağlı məsələ AŞ PA-da qaldırıldı
11 Aprel 2011 17:24
Baxış: 157
AŞPA-nın yaz sessiyasının ilk gününün plenar iclasında qurumun Daimi Komitəsinin fəaliyyət hesabatı dinlənilib. Finlandiyalı parlamentar xanım Sinikka Hurskainenin hazırladığı bu hesabatda ümumi olaraq AŞPA-nın son zamanlardakı fəaliyyəti müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun güllələnməsi faktını avropalı deputatların nəzərinə çatdırıb. "Bu ilin mart ayının 8-də Beynəlxalq Qadınlar Bayramı günündə Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən (Ağdamın işğal altında olan kəndlərindən) Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetiriblər. Ailənin tək övladı olan Fariz Bədəlovun faciəli qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Beynəlxalq Qadınlar Bayramında bir ananın gözləri əbədi olaraq yaşlı qoyuldu. Mən burada Ermənistanla sərhəd bölgəsini təmsil edən bir millət vəkiliyəm. Orada yaşayan insanlar, yeganə övladı qətlə yetirilmiş ana, məndən onların səsini, fikirlərini sizə çatdırmağı xahiş ediblər. O ana soruşur: "Axı mənim 9 yaşlı uşağımın günahı nə idi ki, onu qətlə yetiriblər? Bəs mənim 9 yaşlı övladımı qətlə yetirənlər cəzasızmı qalacaq? İnsan haqlarının qorunması təməlləri üzərində qurulmuş Avropa Şurası, onun Parlament Assambleyası niyə susur, niyə Ermənistan silahlı qüvvələrinin 9 yaşlı bir uşağı qətlə yetirilməsini pisləmir? Niyə bir bəyanat və açıqlama ilə çıxış etmir? Nə üçün Ermənistandan, Avropa Şurasına daxil olarkən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üzərinə götürdüyü öhdəliyi, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməni yerinə yetirməsini tələb etmir?". Övladı qətlə yetirilən ana bu suallara cavab istəyir. Onun qətlə yetirilmiş yeganə övladını heç kəs ona qaytara bilməz, amma o, ən azı ədalət istəyir və bunu bu təşkilatdan gözləyir. Ümid edirəm ki, 9 yaşlı bir uşağın qətlə yetirilməsinə, yeganə övladını itirmiş ananın çağırışlarına Avropa Şurası, onun Parlament Assambleyası biganə qalmayacaq və 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləməklə yanaşı, Ermənistandan cinayətkarların cəzalandırılmasını, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb edəcək. Ümid edirəm ki, siz bir uşağın qətlinə, bir ananın göz yaşlarına biganə qalmayacaqsınız və bu hadisəni pisləyəcək yazılı bəyanatı imzalayacaqsınız. Ümid edirik ki, siz uşaqların, sivil insanların qətlə yetirilməsinin dayandırılması üçün öz səsinizi ucaldacaqsınız".
Qənirə Paşayeva bildirib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən birinci hadisə deyil: "Ermənistan silahlı qüvvələri tez-tez atəşkəs rejimini pozaraq, işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərindən Azərbaycan kəndlərini, sivil insanları snayperlərlə hədəf alaraq qətlə yetirir və ya yaralayırlar. Günahsız insanlar qətlə yetirilir, bunu törədənlər nəinki cəzalandırılmır, əksinə mükafatlandırılır. Günahsız qətlə yetirilən insanların ailə üzvləri, 15 ildən artıqdır ki, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizi Ermənistandan günahsız insanların qətlə yetirilməsinin dayandırılmasını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsində deyildiyi kimi, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməsini tələb etməyə, bu məsələlərə laqeyd qalmamağa çağırır. Seçim sizindir. Mən sizi ədaləti dəstəkləməyə çağırıram".
Millət vəkili çıxışında vurğulayıb ki, Ermənistan bu addımları ilə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib: "Lakin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirən addımları bununla bitmir. Ermənistan dövləti işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq, aeroport tikintisini həyata keçirir. Rəsmi İrəvan bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədəki gərgin vəziyyəti daha da gərginləşdirmişdir. Təəssüflər olsun ki, Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, Ermənistan rəsmiləri bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda və açıqlama verməkdə davam edir. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin özü olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləməklə yanaşı, rəsmi İrəvanı aeroportun tikintisini dayandırmağa, Ermənistan rəhbərliyini bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırmalı və bunu tələb etməlidir".
Biz Ermənistan nümayənədə heyətinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin əleyhinə açıqlamalarını anlaya bilmirik. Gəlin xatırlayaq: bu komitə niyə yaranmışdı? Bu komitə AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin necə yerinə yetirilməsinə nəzarət etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində dialoq və müzakirələrin aparılması istiqamətində bir qurum kimi yaradılıb. Azərbaycan bu komitənin fəaliyyətini dəstəkləyir, çünki biz münaqişənin dinc yolla həll olunmasını istəyirik. Ermənistanın bundan imtina etməsi bir daha onun göstərir ki, onlar münaqişənin həllində maraqlı deyillər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
-
Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür