"Huffington Post": Britaniyada Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır
Trend-in məlumatına görə, bu barədə "Fatih Matters" konfessiyalararası və antiekstremizm təşkilatının direktoru Fiyaz Muğal nüfuzlu "Huffington Post" qəzetinin saytındakı bloqunda yazır.Böyük Britaniyada, sözün əsl mənasında, Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır
O qeyd edir ki, Azərbaycan çoxdankı Dağlıq Qarabağ problemi ilə ərazi bütövlüyünün Ermənistanın tərəfindən pozulmasını hiss etməkdə davam edir: "Hərbi toqquşmalar bu günədək davam edir və hətta son vaxtlar - cari ilin iyul və avqust aylarında kəskinləşib".
Müəllifin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəinki çoxsaylı qurbanlara səbəb olub, həmçinin milyona yaxın insanı, etnik azərbaycanlıları qaçqın vəziyyətinə salıb və əlbəttə ki, bir çox azərbaycanlıya dərd verib.
F.Muğal yazır ki, Dağlıq Qarabağ münaqişəsi hər iki tərəfdən digər sahələrdə istifadə oluna biləcək resursları sorub çəkir.
Lakin müəllifin fikrincə, Azərbaycan bir neçə onillik bundan öncə olduğundan xeyli irəli gedib: "Buna təbii ehtiyatlar, yüksək ixtisaslı mütəxəssislər və Bakının heyranedici inkişafı səbəb olub".
Ekspert vurğulayır ki, özünün dini müxtəlifliyi və irsi ilə fəxr edən, Qərblə Şərqin arasında yerləşən ölkənin inkişafı düzgün istiqamətdə gedir: "Bu, Azərbaycanın Qafqazda Birləşmiş Krallıq üçün əsas hərbi və geosiyasi tərəfdaşı ola bilməsinin əsas səbəblərindən biridir. Bir çox şey, məsələn, Böyük Britaniyanın Azərbaycana yatırdığı iri investisiyalar iki ölkə arasında hərbi və mülki əlaqələrin gələcəkdə möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, məhz buna görə də Dağlıq Qarabağ problemi həll olunmalıdır və uzun müddət davam edə bilməz: "Hazırda Azərbaycan sabit, dostsevər və dəyərli strateji tərəfdaşdır, lakin bu imkanlar Böyük Britaniya tərəfindən istifadə olunmayıb. Azərbaycana yalnız tələblər prizmasından baxmaq bu ölkənin malik olduğu real imkanlardan özümüzü məhrum etmək deməkdir".
F.Muğal yazır ki, Böyük Britaniyanın BMT-nin qətnamələri əsasında hər hansı saziş formasının yaradılması üzrə təşəbbüsü öz üzərinə götürməsinin vaxtı çatıb: "Münaqişə tərəfləri arasında Kremlə diplomat və səmimi vasitəçi rolunu oynamaq imkanını saxlamaq Rusiyanın regiona təsirinin üstünlüyünü tanımaq anlamına gəlir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev





