Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.
Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.
İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
-
Regiondakı reallıqları görməyib Azərbaycanın gözündə çöp axtaranlar
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
XƏBƏR LENTİ
-
Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi
-
25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
-
Aysunun gənc fanatına davranışı TƏNQİD EDİLDİ - VİDEO
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
ADY gücləndirilmiş iş rejiminə keçir
-
Bakıda yeraltı parkinqində avtomobil AŞDI - VİDEO
-
DİN-dən əməliyyat - Həbs edilənlər var
-
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Netanyahu xəstəxanaya yerləşdirildi
-
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib - FOTO
-
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda 200 minə yaxın sərnişinə xidmət göstərilib
-
İlk dəfə Bundesliqanı tərk etdilər
-
Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI
-
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
-
Buraxılış imtahanlarında YENİLİK: Şagirdlər fikirlərini belə ifadə edəcək
-
Saşa İliç "Sumqayıt"dan GETDİ
-
Ət, çörək və digər məhsullarla bağlı əhaliyə ŞAD XƏBƏR
-
Elgiz aylar sonra... - VİDEO
-
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
-
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
-
Azərbaycanda məktəblər 2 gün tez BAĞLANACAQ
-
Bu ölkədə güclü zəlzələ oldu





