ADY gücləndirilmiş iş rejiminə keçir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Milli.Az-a səhmdar cəmiyyətindən bildirilib.
Bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.
Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Balakən-Bakı xətti üzrə hərəkət edən qatarlara "Standart" və "Standart+" sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq. Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.
Bununla yanaşı, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək:
- Bakı-Ağstafa - 08:30
- Ağstafa-Bakı - 17:20
- Bakı-Qəbələ - 07:30
- Qəbələ-Bakı - 19:00
Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.
Qeyd edək ki, Bakı-Qazax-Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.
Hərəkət qrafiki və bilet satışı ilə bağlı məlumatları www.ady.az saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 27-də güclü isti olacaq - PROQNOZ
-
7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ
-
25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
-
ADY gücləndirilmiş iş rejiminə keçir
-
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib - FOTO
-
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda 200 minə yaxın sərnişinə xidmət göstərilib
XƏBƏR LENTİ
-
Ayın 27-də güclü isti olacaq - PROQNOZ
-
Kolumbiya millisinin dünya çempionatı üçün heyəti AÇIQLANDI
-
Sercio Mattarella Prezident İlham Əliyevi təbrik edib
-
Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO
-
Qanunsuz ağac kəsən şəxs saxlanıldı - FOTO
-
“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ
-
"Ən çox dedi-qodu etməyi Bülent Ersoy SEVİRDİ"
-
Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi
-
25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
-
Aysunun gənc fanatına davranışı TƏNQİD EDİLDİ - VİDEO
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
ADY gücləndirilmiş iş rejiminə keçir
-
Bakıda yeraltı parkinqində avtomobil AŞDI - VİDEO
-
DİN-dən əməliyyat - Həbs edilənlər var
-
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Netanyahu xəstəxanaya yerləşdirildi
-
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib - FOTO
-
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda 200 minə yaxın sərnişinə xidmət göstərilib
-
İlk dəfə Bundesliqanı tərk etdilər
-
Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI
-
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin





