Siyasət

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

26 May 2026 10:46
Baxış: 343

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Milli.Az xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.

Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır./apa

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.