Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı - Tbilisi - Bakı marşrutu üzrə Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.
Milli.Az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Bildirilib ki, Bakı - Tbilisi - Bakı marşrutu üzrə Azərbaycana səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.
Bakı - Tbilisi - Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya baş idarələri (idarələri) və ya "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələrinə müraciət edə, eləcə də Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.
Qeyd edək ki, Bakı - Tbilisi - Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yol stansiyasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilmişdir. Qatarın stansiyada dayanacağı müddət ərzində Bakı - Tbilisi - Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı - Tbilisi - Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tərlan Quliyev vəfat etdi
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur
XƏBƏR LENTİ
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilib - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Elxan Müzəffərov vəfat etdi - (Foto)
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Rüşvət almaqda ittiham edilən Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı
-
Tərlan Quliyev vəfat etdi





