Ölkə

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)

13 Oktyabr 2026 22:44
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib.

Milli.Az xəbər verir ki, H.Manetin müdafiə sənayesi nazirinin müavinləri Mehman Baxışov və Hidayət Əzimovun iştirakı ilə müəssisələrin iş prinsipləri, istehsal imkanları və texnoloji potensialı ilə yaxından tanış olub.

Ziyarət zamanı qonağa Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, son illərdə əldə olunan nailiyyətlər və tətbiq edilən müasir texnoloji həllər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli istehsal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması müdafiə sənayesinin əsas inkişaf istiqamətlərindəndir.

H.Manetinə, həmçinin müəssisələrdə aparılan modernləşmə işləri, istehsal proseslərinin müasir standartlara uyğun təkmilləşdirilməsi, yeni texnoloji avadanlıqların tətbiqi və mövcud infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində müdafiə sənayesinin inkişaf perspektivləri və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu cür səfərlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.