“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çexiyanın "Slaviya" klubunun baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda "Sabah"a 0:2 hesablı məğlubiyyəti şərh edib.
Milli.Az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından narazı qaldığını bildirib:
"Matçı düzgün keçirmədik. Xüsusilə də birinci hissəni. Baxmayaraq ki, ilk hissə 0:0 hesabı ilə başa çatdı. Bunun bir çox səbəbi var. Səhvlərə yol verməməli idik. Amma səhvlər etdik, özümüz də qol vura bilmədik. Niyə alınmadığını bilmirəm. Ola bilsin, müxtəlif mövqelərdə zəif oynadıq. Rəqibin pressinqi ilə üzləşdik, toplar itirdik.
İkinci hissədə rəqib təzyiq göstərdi. "Sabah" bizi meydanın mərkəzində üstələdi. Futbolçularım çox məyusdurlar. Biz maksimum gücümüzü ortaya qoyduq".
Trpişovski "Sabah"la oyunun Fransanın "Lans" klubuna qarşı əvvəlki matçdan nə ilə fərqləndiyi barədə sualı da cavablandırıb:
"Hansısa səbəbdən məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qol imkanları yaradıb qalib gələ biləcəyik. Amma ən yaxşı oyunumuzu göstərmədik. Rəqib qalib gəlməyi sevir. Cərimə meydançasında ağıllı davranmaq lazımdır.
Oyunun gedişində vəziyyəti dəyişmək futbolçuların fərdi ustalığından asılıdır. Yaşadığımızı yaşadıq. Bir çox məsələyə toxunmaq istəmirəm. Favorit sayılmaq üçün şansımız azdır.
"Lans"la oyuna yaxşı hazırlaşmışdıq. Amma bu matçda gözlədiklərimi görə bilmədim". (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
XƏBƏR LENTİ
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilib - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Elxan Müzəffərov vəfat etdi - (Foto)
-
İki çempion “Survivor 2027”də - (Foto)





