Siyasət

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

25 May 2026 22:21
Baxış: 339

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının milli birliyinin, suverenliyinin və davamlı inkişafının rəmzi olan bu bayram, eyni zamanda dövlətçilik ənənələrinə hörməti, sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması istiqamətində səyləri əks etdirir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və doğma ölkənin firavanlığı naminə görülən işlərdə yeni müvəffəqiyyətlər arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.