Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.
Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.
G.Abbsov hakimin sualına aydın cavab verə bilməyib.
Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə cavablandırılması haqda suallar verilib.
G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.
Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib.
Hakimin "müəllimlərə nə vəd etmişdiniz" sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.
Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.
Daha sonra K.Əsədov hakimə ifadə verib.
Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.
O, isə müəyyən məbləğ qarşılığında onları "kömək" etmək üçün G.Abbasova istiqamətləndirib.
Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.
O, ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.
Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.
Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...
-
Babək Niftəliyevə vəzifə verildi
-
Keyn Messi və Ronaldonun uğurunu təkrarladı
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Uillyam Samoei Ruto Prezident İlham Əliyevi təbrik edib
-
Nikuşor Dan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Çağatay haqqında yayılan FOTO saxta çıxdı
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Emil Bədəlovun xanımı və qızları - FOTO
-
Konte "Napoli" ilə yollarını ayırdı
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar - FOTO
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir
-
Yeni klubu Toralı belə təqdim etdi - VİDEO
-
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib
-
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO





