Təhsil

Buraxılış imtahanlarında YENİLİK: Şagirdlər fikirlərini belə ifadə edəcək

26 May 2026 10:35
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn - paraqraf yazmaları tələb olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilib ki, bu yanaşma şagirdlərin yazı bacarıqlarını, fikirlərini ardıcıl və məntiqli şəkildə ifadə etmək imkanlarını, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə şərait yaradacaq.

Eyni zamanda vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.