7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul, III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahanlar keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya "Mygov" mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi" xidmətindən istifadə edərək "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı "Yaddaş kitabçası"nda tanış olmaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Növbəti köç Ağdam şəhərinə çatdı
-
Ayın 27-də güclü isti olacaq - PROQNOZ
-
7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ
-
25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
-
ADY gücləndirilmiş iş rejiminə keçir
-
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib - FOTO
XƏBƏR LENTİ
-
Növbəti köç Ağdam şəhərinə çatdı
-
Avtomobilində yuxuya getdi, kor oldu - FOTO
-
Ayın 27-də güclü isti olacaq - PROQNOZ
-
Kolumbiya millisinin dünya çempionatı üçün heyəti AÇIQLANDI
-
Sercio Mattarella Prezident İlham Əliyevi təbrik edib
-
Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO
-
Qanunsuz ağac kəsən şəxs saxlanıldı - FOTO
-
“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ
-
"Ən çox dedi-qodu etməyi Bülent Ersoy SEVİRDİ"
-
Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi
-
25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
-
Aysunun gənc fanatına davranışı TƏNQİD EDİLDİ - VİDEO
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
ADY gücləndirilmiş iş rejiminə keçir
-
Bakıda yeraltı parkinqində avtomobil AŞDI - VİDEO
-
DİN-dən əməliyyat - Həbs edilənlər var
-
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Netanyahu xəstəxanaya yerləşdirildi
-
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib - FOTO
-
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda 200 minə yaxın sərnişinə xidmət göstərilib
-
İlk dəfə Bundesliqanı tərk etdilər
-
Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI





