25 il staj yoxdursa, yığdığın pul itir? - Qanun bunu deyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.
Belə vəziyyətdə vətəndaşın hesabında qalan 30-40 min manat pensiya kapitalının aqibəti necə olur? Həmin vəsait şəxsə geri qaytarılır, yoxsa sistemdə qalır?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova əgər şəxsin əmək stajı yetərli deyilsə, həmçinin də lazım olan kapitalı toplamayıb və əməkhaqqı yaşını doldurubsa, sosial müavinət verildiyibi bildirib.
"Əgər qeyd olunan müəyyən müddət çatmırsa, həmin müddəti işləyib staj müddətini doldura bilər. Bu zaman vətəndaşın yenidən müraciət edərək əmək pensiyası hüququndan yararlana bilməsi mümkündür".
Pensiya kapitalında toplanan 30-40 min manatın aqibətinə qaldıqda, iqtisadçı deyib ki, bununla bağlı qərar yoxdur:
"Əgər konkret qanun layihəsi olarsa, o zaman həmin toplanan kapitalın 30-40 faizə qədəri ödənə bilər. Şəxsin vəfat etməsi durumunda isə ödəniləcək məbləğ vərəslər arasında bərabərhüquqlu formada bölünəcək. Şəxsin kredit borcu və ya digər borcları varsa, həmin məbləğdən silinib sonra vərəsələrə ödənilə bilər . Yuxarda qeyd etdiyim kimi, bununla bvağlı konkret qanun layihəsi mövcud deyil. Vətəndaşın da hüququ yoxdur ki, dövlətdən tələb etsin".
Günay Hüseynova bildirib ki, bundan əlavə özəl pensiya fondlarının yaranması nəzərdə tutulur:
"Bir növ Türkiyədəki "bireysel emeklilik" sistemi kimi. Yəni istənilən vətəndaş, həmçinin işləməyən evdar qadınlar belə bu fonda pul yatırıb pensiya hüququ yarandığı zaman təqaüd ala bilirlər. Şəxs vəfat etdikdə isə mirasçılar müəyyən məbləği həmin fonddan ala bilirlər. Düsünürəm ki, özəl pensiya fondlarının fəaliyyəti daha məqsədəuyğun olardı. Həmçinin, dövlət nəzarətində qurumun fəaliyyəti güvənli və şəffaf olması baxımından da avantajlıdır. Təbii ki, bu zaman da əmək müfəttişliyinin iş rejimini gücləndirməsi və ciddi nəzarət tədbirləri önəmli faktordur. Bununla yanaşı dövlət təşkilatları, dövlət qurumları tətbiqlərinə inteqrasiya da önəmli faktordur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
XƏBƏR LENTİ
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi





