Siyasət

Ermənistanın mina təhdidinə görə beynəlxalq ictimaiyyət təcili hərəkətə keçməlidir - XİN

6 Aprel 2025 14:57
Baxış: 484

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı nəticəsində uşaqların da yaralanması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Milli.Az xəbər verir ki, nazirlik bu barədə sosial şəbəkə hesabında paylaşım yayıb.

"Bu gün baş verən növbəti mina partlayışı nəticəsində, aralarında azyaşlı uşaqların da olduğu 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bu günədək Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həyatını itirib, ya da xəsarət alıb", - deyə paylaşımda bildirilir.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək, mina təhlükəsinə qarşı birlikdə mübarizə aparmağa çağırıb:

"Beynəlxalq ictimaiyyəti minaəleyhinə tədbirlərin təcili olduğunu qəbul etməyə, Azərbaycanın minatəmizləmə səylərinə dəstək göstərməyə və günahsız insanların həyatını riskə atan, post-münaqişə dövrünün bərpasını əngəlləyən Ermənistanın məqsədli və genişmiqyaslı mina təhdidinə görə məsuliyyətə cəlb olunmasına çağırırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.