Siyasət

Albaniya Prezidenti: Bu Forum həm təcrübəmizi, həm də narahatlığımızı bölüşmək üçün yaxşı fürsətdir

13 Mart 2025 13:49
Baxış: 363

Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir", - deyə Albaniya Prezidenti vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.