Siyasət

İlham Əliyev: Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik

7 Yanvar 2025 23:24
Baxış: 434

Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib: "Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.