Siyasət

Kazanda İlham Əliyevlə Ərdoğanın qeyri-rəsmi görüşü - VİDEO - FOTO

24 Oktyabr 2024 13:26
Baxış: 793

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qeyri-formal görüşü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçıları bir araya gələrək səmimi müzakirələr aparıblar.

Qeyd edək ki, ötən gün Kazan şəhərində XVI BRICS Sammiti baş tutub. Bu gün isə "Outreach" / "BRICS+" formatının iclası keçirilir.

BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.