Dünya

İsrail İrana cavab hücumunu bu səbəbə görə təxirə salıb - Məxfi sənədlər yayılıb

24 Oktyabr 2024 14:58
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail İrana cavab hücumunu bu səbəbə görə təxirə salıb.

Milli. Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, İsrail Amerikanın məxfi sənədlərinin sızması səbəbindən İrana hücumunu təxirə salıb və strategiyasını dəyişib.

İsrailin hərəkətləri barədə məlumatı olan adı açıqlanmayan bir ölkədən olan kəşfiyyat mənbəsi nəşrə bildirib ki, "Amerika sənədlərinin sızması müəyyən strategiyaların və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdi. İntiqam olacaq, lakin bu, gözləniləndən daha uzun çəkəcək". 

Qeyd edək ki, "CNN" daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar İsrailin İrana zərbə endirməyə hazırlığına dair çox məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırır. Oktyabrın 15-i və 16-na aid sənədlər oktyabrın 18-dən onlayn yayılmağa başlayıb. CNN-ə görə, onlar "tam məxfi" olaraq qeyd olunur və yalnız ABŞ-dan əlavə, Kanada, Yeni Zelandiya və digərlərinin daxil olduğu "Beş Göz" kəşfiyyat ittifaqının üzvlərinin bu məlumatlara baxa biləcəyini göstərən işarələrdən ibarətdir.

Pentaqonun rəhbəri Lloyd Austin deyib ki, onun katibliyindən heç kim İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının sızması ilə bağlı araşdırmada iştirak etmir.

İnqilab Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.