Türkiyə

Ankarada terror hücumu - 3 ölü, 14 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

23 Oktyabr 2024 19:05
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​19:05

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

-------
​18:34

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu təşkil edən üç nəfərdən ikisi zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi yaralıların Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasına, Bilkənd və Etlik şəhər xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.

-------
17:19

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silah səsləri eşidilib.

Milli.Az xəbər verir ki, "SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə DİN hücum nəticəsində şəhid və yaralıların olduğunu açıqlayıb.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.