Ölkə

Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı - DTX və DMX hərəkətə keçdi

4 İyun 2025 17:23
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə məlumatında deyilir.

Bildirilib ki, xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.