Şou-biznes

"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi - FOTOlar

4 İyun 2025 16:45
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Star Kids Group" MMC-nin təşkilatçılığı ilə "Azerbaijan Kids Best Model 2025" adlı uşaq modelləri müsabiqəsi "Badamdar Hotel Residences"də baş tutub.

Milli.Az xəbər verir ki, tədbirdə 4-14 yaş arasında olan 72 uşaq model iştirak edib. Onlardan 43-ü qız, 29-u isə oğlandır.

Müsabiqə çərçivəsində azyaşlı iştirakçılar səhnədə öz bacarıq və istedadlarını nümayiş etdirib. Yarışma Azərbaycanın tanınmış sənət və moda nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.

Münsiflər heyətinə ənənəvi olaraq əməkdar incəsənət xadimi, modelyer-rəssam Fəxriyyə Xələfova sədrlik edib. Onunla yanaşı, aşağıdakı tanınmış simalar da münsiflər heyətində yer alıb:

Zenfira Ağayeva - Sahibkar Qadınlar İctimai Birliyinin sədri

İlahə Əliyeva - "İlahə Fort Art" aksesuar brendinin təsisçisi

Şəhriyar Əbilov - aktyor və televiziya aparıcısı

Abdul Xalid - tanınmış müğənni

Səxavət Əliyev - "1.0 By_Qara" gözəllik mərkəzinin rəhbəri

Aylin Əlizadə - "Azerbaijan Kids Fashion Show 2024" yarışmasının qalibi

Tədbir zamanı "Star Kids Group" MMC-nin direktoru Aygün Əliyeva müsabiqənin məqsədindən danışaraq bildirib:

"Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, onları ilk növbədə vətənimizdə, daha sonra isə beynəlxalq səviyyədə tanıtmaqdır".

Müsabiqənin sonunda qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Tədbir, uşaqların özünəinamını artırmaq, səhnə təcrübəsi qazandırmaq və yerli moda sahəsinə töhfə vermək baxımından xüsusi önəm daşıyır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.