2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - nazirlikdən bildiriblər.
Əvvəllər bildirilmişdi ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir.
Marşrut açılandan indiyədək 68 belə uçuş həyata keçirilib.
Milli.Az