Rusiya

Qonşu ölkədə güclü zəlzələ oldu - 6,2 bal

24 Oktyabr 2024 10:37
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.

Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.