Sağlamlıq

Xallar necə əmələ gəlir və nədən xəbər verir?

21 Oktyabr 2024 10:09
Baxış: 41 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə xallar vardır. Xallar insana gözəllik verdiyi kimi, həmçinin təhlükə də yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.

Xal

Bu balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin - melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur.

Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən fərqlənir. Sərhəd xalları böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.
 
Ağır nevo-hüceyrə xalları

Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır - ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.

İntradermal xallar

Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.

Qalo xallar

Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.

Monqol xallar

Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

Çil

Günəş şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.

Lentiqo

Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman onun təhlükəli olma ehtimalı çoxdur.

Təhlükəli melanoma

Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər.

Melanomanı necə tanımaq olar?

Xallar öz rəngini və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin, əgər artıq bu xərçəngə çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq çətin olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.