ABBA-nın üzvü vəfat etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçli pop qrupu ABBA-nın uzunmüddətli meneceri və "beşinci üzvü" Görel Hanser 76 yaşında vəfat edib
Milli.Az xəbər verir ki, məşhur qrup rəsmi İnstaqram hesabında bu itkinin "ölçüyəgəlməz" olduğunu bildirən qısa bir bəyanat yayımlayıb:
"Görel Hanserin vəfatını dərin kədər hissi ilə elan edirik. Ən çox sevilən dostumuzu və ən yaxın həmkarımızı itirdik. Bu itki ölçüyəgəlməzdir. Kədərli anlarımızda gizliliyimizə hörmət etmənizi xahiş edirik."
Bu mesaj ABBA-nın dörd üzvünün hər biri - Aqnetta Feltskoq, Born Ulveus, Benni Andersson və Anni-Frid Linqstad tərəfindən imzalanıb.
Hanser qrupun yaradıcısı Stiq Andersonun nəşriyyat şirkətində katibə kimi fəaliyyətə başlayaraq, musiqi sənayesinə addım atmışdı. Sonradan o, ABBA-nın meneceri vəzifəsinə qədər yüksəlib, qrupun səsyazma studiyaları ilə əlaqələrini idarə edib, turlarda onları müşayiət edib və mətbuatla əsas ünsiyyət xəttini təşkil edib.
Qrupun 2018-ci ildə reallaşan və uzun müddətdir gözlənilən yenidən birləşməsi zamanı, studiyadan ilk pərdəarxası fotoları da məhz Hanser paylaşmışdı.
İllər keçdikcə o, fanatlar arasında ABBA-nın ayrılmaz bir hissəsi kimi qəbul edildi və qrupun rəsmi fan-klubları da onu "beşinci üzv" kimi xatırlayaraq başsağlığı yayımlayıblar.
Xatırladaq ki, ABBA qrupu 1972-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində yaradılıb. Qrup dünya şöhrətini 1974-cü ildə "Avroviziya" mahnı müsabiqəsində ifa etdikləri məşhur "Waterloo" hiti ilə qalib gəldikdən sonra qazanıb. Qrup faktiki olaraq 1982-ci ildə fəaliyyətini dayandırıb.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





