“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfə Azərbaycanda, Bakının qədim hissəsi - İçərişəhər ərazisində 19-24 iyun tarixlərində möhtəşəm "El Calor en Baku - Azerbaijan Tango Festival" Beynəlxalq Tanqo və Mədəniyyət Festivalı keçiriləcək.
Məlum olduğu kimi, İçərişəhər memarlıq abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Bakının ürəyi hesab olunur. Bu məkan həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Festival təşkilatçıları burada iştirakçılara unudulmaz emosiyalar yaşatmağı, rəqs etməyi, istirahət etməyi və müxtəlif tədbirlər vasitəsilə pozitiv enerji qazanmağı hədəfləyirlər.
Layihə və festival proqramı ilə daha ətraflı tanış olmaq üçün:
Rəsmi sayt - https://aztangofest.com/az
Instagram səhifəsi - https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy
"Festivalın Bakı sakinləri, ailələr, cütlüklər, dostlar, turistlər və şəhərin qonaqları üçün açıq məkan olmasını istəyirik. Altı gün ərzində hər kəs festival meydançalarını ödənişsiz ziyarət edə, tanqo ilə ilk addımlarını ata, canlı musiqi dinləyə, dünya səviyyəli artistlərin çıxışlarını izləyə, rəqs məktəbləri ilə tanış ola və İçərişəhərin xüsusi atmosferini hiss edə biləcək", - deyə tanınmış prodüser və ssenarist Artur Ostrolutski bildirib.
Festival Bakının yay mövsümünün ən parlaq tədbirlərindən birinə çevriləcək. Gün ərzində qonaqları açıq tanqo dərsləri, ustad dərsləri, qastronomik yarmarka, Argentina mədəniyyətinə həsr olunmuş tematik mühazirələr və film nümayişləri gözləyir. Axşam saatlarında isə İçərişəhərin tarixi küçələri tanqo ritmləri ilə canlanacaq - konsertlər, açıq hava milonqaları, rəngarəng şou proqramları, canlı musiqi və beynəlxalq artistlərin çıxışları təqdim olunacaq.
Festivalın əsas tədbirləri:
• 20 iyun - Qoşa Qala yaxınlığında açıq havada rəsmi açılış mərasimi keçiriləcək. Tədbir Argentina Bayraq Günü münasibətilə təşkil olunacaq. Açılışda Solo Tango Orchestra və tanqo dünyasının məşhur maestrosları - yəni ustad rəqqaslar və müəllimlər çıxış edəcəklər.
• 21 iyun - canlı orkestr və beynəlxalq tanqo ulduzlarının iştirakı ilə genişmiqyaslı open-air milonqa keçiriləcək.
• 22 iyun - beynəlxalq tanqo çempionatının finalı və festivalın ən yaxşı rəqs cütlüklərinin iştirakı ilə möhtəşəm qala-şou təşkil olunacaq.
• 24 iyun - festival Bakı Musiqi Akademiyasının Opera Studiyası səhnəsində keçiriləcək xüsusi konsertlə yekunlaşacaq. Konsert Carlos Gardel - tanqonun ən böyük simalarından birinin xatirəsinə həsr olunacaq. Biletləri buradan əldə etmək mümkündür: https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku
Layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Argentina Respublikasının Səfirliyi, Azərbaycan Rəqs Şurası (AzDC), beynəlxalq tanqo icması və yerli tərəfdaşların dəstəyi ilə həyata keçirilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





