Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın elə ulduz futbolçularına rast gəlirik ki, yazdıqları hekayələrin təməl daşı stadionlarda deyil, müharibənin ortasında, qaçqın düşərgələrində və bombaların səsi altında qoyulur. Luka Modriçin həyatı da məhz belə bir hekayədir...
Bu gün dünya futbolunun ən böyük yarımmüdafiəçilərindən biri, "Real Madrid" tarixinin ən titullu futbolçusu və 2018-ci ilin "Qızıl top" sahibi olan Luka Modriçin doğum günüdür. O, 1985-ci ildə Xorvatiyanın Zadar şəhərində anadan olub. Hazırda 41 yaşını tamamlamasına baxmayaraq, "Milan"da futbol oynamağa davam edir və müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
Modriçin uşaqlığı uzun müddət normal davam etmədi. 1991-ci ildə Xorvatiyada müharibə başlayanda onun cəmi altı yaşı var idi. Həmin ilin dekabrında babası Luka Modriç öldürüldü, ailə doğma evini tərk etməyə məcbur oldu. Daha sonra ailənin evi yandırıldı. Modriçlər əvvəlcə Makarskada, daha sonra Zadarın "Kolovare" hotelində qaçqın kimi yaşadılar. Məhz həmin illərdə futbol Luka üçün böyük bir sığınacağa çevrildi. Hotelin həyətində və avtomobil dayanacağında saatlarla futbol oynayır, divara top vuraraq texnikasını inkişaf etdirirdi. Ətrafda sirenlər səslənir, insanlar sığınacaqlara qaçırdı. Lakin balaca Luka üçün futbol bütün bunlardan uzaqlaşmağın yolu idi. Modriç fiziki baxımdan iri futbolçu deyildi. Arıq və balaca olması səbəbindən onun gələcəkdə böyük futbolçu olacağına şübhə edənlər də vardı. Amma onun əsas üstünlüyü fiziki güc deyil, oyun zəkası, topa nəzarət, meydanı oxumaq və düzgün qərar vermək bacarığı idi. 1992-ci ildə futbol akademiyasına başladı və istedadı tezliklə "Dinamo Zaqreb"in diqqətini çəkdi. 2003-cü ildə "Zrinjski Mostar"a icarəyə göndərilən Modriç burada böyüklər futbolunun sərtliyini öyrəndi. 25 oyunda 8 qol vurdu və Bosniya Premyer Liqasının ən yaxşı oyunçusu seçildi. Daha sonra "İnter Zapreşiç"də oynadıqdan sonra "Dinamo Zaqreb"in əsas heyətinə qayıtdı. 2005-2008-ci illərdə "Dinamo Zaqreb"in əsas futbolçularından birinə çevrilən Modriç üç Xorvatiya çempionluğu, iki ölkə kuboku və bir Superkubok qazandı. Ümumilikdə klubda 128 oyunda 32 qol vurdu..jpg)
2008-ci ildə isə "Kiçik çempionlar liqası"na gəldi, İngiltərənin "Tottenham" klubuna keçdi. Təxminən 23 milyon avroluq transfer Modriç üçün yeni mərhələnin başlanğıcı oldu. İngiltərə futbolunun yüksək tempi və fiziki mübarizəsi onun üçün əvvəlcə çətin olsa da, Modriç qısa müddətdə uyğunlaşdı. "Tottenham"da 160-a yaxın oyuna çıxaraq 17 qol vurdu və Avropanın aparıcı yarımmüdafiəçilərindən birinə çevrildi.
2012-ci ildə Luka Modriç "Real Madrid"ə keçdi. İlk vaxtlar onun transferinə şübhə ilə yanaşanlar olsa da, xorvat futbolçu bütün tənqidləri meydanda cavablandırdı. 13 mövsüm ərzində Madrid klubunun əsas simalarından birinə çevrildi. Kral klubunun forması ilə 597 oyuna çıxan Modriç 43 qol vurdu və 28 titul qazandı. Onun kolleksiyasında 6 Çempionlar Liqası, 6 Klublararası dünya çempionluğu, 5 UEFA Superkuboku, 4 La Liqa, 2 İspaniya Kuboku və 5 İspaniya Superkuboku var. Toni Kroos və Kazemiro ilə birlikdə yaratdığı orta xətt isə futbol tarixinin ən uğurlu üçlüklərindən birinə çevrildi. Kroosun dəqiqliyi, Kazemironun müdafiə gücü və Modriçin yaradıcılığı "Real Madrid"in uzun illər Avropaya hökm etməsində mühüm rol oynadı.
Modriçin ən möhtəşəm ili 2018-ci il oldu. "Real Madrid"lə Çempionlar Liqasını qazandıqdan sonra Xorvatiya millisinin kapitanı kimi dünya çempionatında iştirak etdi. Xorvatiya tarixində ilk dəfə finala yüksəldi. Danimarka və Rusiyanı penaltilər seriyasında, İngiltərəni isə əlavə vaxtda məğlub edən Xorvatiya finalda Fransaya 4:2 hesabı ilə uduzdu. Ölkəsi çempion ola bilməsə də, Modriç turnirin ən yaxşı futbolçusu seçilərək Dünya Kubokunun "Qızıl top"unu qazandı. Həmin ilin sonunda isə futbol dünyasının ən böyük fərdi mükafatı olan "Ballon d'Or"u əldə etdi. Bundan başqa, FIFA "The Best" və UEFA ilin futbolçusu mükafatlarını da qazandı. Beləliklə, Messi və Ronaldo erasının ortasında Modriç "Qızıl top" qazanan ilk futbolçu oldu.
.jpg)
Modriç Xorvatiya millisində 2006-cı ildə debüt edib. O, illər ərzində komandanın lideri və kapitanına çevrilib. 2018-ci ildə dünya çempionatının finalına çıxan Xorvatiya 2022-ci ildə üçüncü yeri tutdu. Modriç həmin turnirdə "Bürünc top" qazandı. 2026-cı ildə isə o, milli komandada 200-cü oyun həddini keçərək tarixi göstəriciyə imza atdı. 40 yaşını keçməsinə baxmayaraq, Xorvatiya millisində çıxışını davam etdirir.
2025-ci ildə Modriç "Real Madrid"dən ayrılaraq "Milan"a keçdi. 13 il ərzində Madrid klubunun tarixində ən çox titul qazanan futbolçuya çevrilən Modriç üçün bu, karyerasının yeni mərhələsi idi. 2025/26 mövsümündə "Milan"ın heyətində 37 oyunda meydana çıxıb 2 qol vurdu. 2026-cı ilin iyulunda klub onun müqaviləsini 2027-ci il iyunun 30-dək uzatdı. Beləliklə, futbol tarixinin ən yaşlı yüksək səviyyəli ulduzlarından biri hələ də meydandadır.
Modriç 2010-cu ildə Vanja Bosniçlə evlənib. Onların üç övladı var. O, şəxsi həyatını mediadan uzaq saxlamağa çalışır. 2019-cu ildə "Moja igra" ("Mənim oyunum") adlı avtobioqrafiyasını nəşr etdirib. Onu fərqləndirən əsas xüsusiyyətlər boyu və fiziki gücü deyil, futbol zəkasıdır. Meydanı oxumaq, topa nəzarət, dəqiq ötürmələr, oyunun tempini dəyişmək və ən doğru anda düzgün qərar vermək onun əsas silahlarıdır. Modriç qışqıraraq deyil, oyunu ilə liderlik edən futbolçudur.
Luka Modriçin hekayəsi sadəcə futbol uğurlarından ibarət deyil. Bu hekayədə müharibə, qaçqınlıq, babasının faciəli ölümü, yandırılmış ev, hotel həyatı və bombaların səsi altında oynanan futbol var. Ardınca "Zrinjski Mostar", "Dinamo Zagreb", "Tottenham" və nəhayət "Real Madrid" gəlir. Hotelin dayanacağında futbol oynayan balaca uşaq bir gün "Real Madrid"in kapitanına, Çempionlar Liqasının altıqat qalibinə və dünyanın ən nüfuzlu fərdi mükafatı olan "Qızıl top"un sahibinə çevrildi. Bu gün isə 41 yaşında "Milan"da və Xorvatiya millisində futbol oynamağa davam edir. Luka Modriçin həyatını ona ən layiq formada bəlkə də ən yaxşı ifadə edən cümlə bu ola bilər: O, uşaqlığında müharibədən qaçdı, gəncliyində futbolun arxasınca getdi, yetkinliyində isə dünyanın ən böyük futbolçularından birinə çevrildi... (musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
XƏBƏR LENTİ
-
Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi





