İdman

İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub

9 Sentyabr 2026 22:27
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 müxtəlif komandasının heyətində meydana çıxan ilk futbolçu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı oyunçu buna Liqa mərhələsində Fransa "Lill"inə 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətində yer almaqla nail olub.

İspaniyalı yarımmüdafiəçi daha əvvəl Avropanın bir nömrəli klub turnirində "Valensiya", "Malaqa", "Real" və "Sevilya"nın şərəfini qoruyub. O, 2023-cü ildən "Betis"də çıxış edir.

Qeyd edək ki, İsko 2026/2027 mövsümündə keçirdiyi 5 matçda 1 məhsuldar ötürmə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.