Kriminal

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb

9 Sentyabr 2026 22:35
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü R. Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmə dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

R. Bayramovun hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.