İdman

“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular

9 Sentyabr 2026 10:15
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Göztepe" klubu "Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili ilə bağlı qərar qəbul edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir təmsilçisi 27 yaşlı gürcüstanlı qolkiperin komandadan kənarlaşdırıldığını açıqlayıb.

Buna səbəb Quqeşaşvilinin "Gaziantep FK" ilə 2:4 hesabı ilə başa çatan oyundan sonra sosial şəbəkə hesabında azarkeşlərə ünvanladığı qalmaqallı paylaşım olub.

Matçın ilk hissəsində qapısında 4 qol görən və daha sonra əvəzlənən futbolçu azarkeşlərin fit səsləri ilə qarşılaşıb. Bundan sonra o, tənqidçilərinə müraciətlə "Klaviatura arxasında gizlənənlərə tək sözüm var: Dünya kiçikdir, bir gün küçədə qarşılaşacağıq" ifadələrini yazıb.

"Göztepe" hadisə ilə bağlı Luka Quqeşaşvili barəsində intizam icraatına başlayıb. Klub bildirib ki, araşdırma başa çatanadək futbolçu komandadan ayrı məşq edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.