İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
İlon Mask sosial şəbəkəsi X-dən cəmiyyətdə "qəsdən bölünmə" yaratmaq üçün istifadə edir və platforma tənzimlənməsə, bunun nəticələri fəlakətli ola bilər.
Milli.Az Publika.az-a istinadla xəbər verir ki, bunu milyarderin keçmiş sevgilisi və rəsmi olaraq təsdiqlənmiş 14 övladından birinin anası Eşli Sent-Kler bildirib.
Sent-Kler bu fikirləri Venesiya Film Festivalında rejissor Aleks Gibninin Mask haqqında çəkdiyi "Musk" sənədli filminin premyerasında səsləndirib.
Onun sözlərinə görə, Mask vaxtilə ona niyə uşaq sahibi olmaq istədiyini izah edən mesaj yazıb. Milyarderin arqumenti isə gözlənilməz olub. O, Maskın guya ona "vətəndaş müharibəsinə qədər uşaqlar legionu"na sahib olmağı, bunun vacib olduğunu dediyini bildirib.
Qeyd edək ki, Sent-Kler və Maskın 2024-cü ildə oğlu dünyaya gəlib. Lakin onlar sonradan ayrılıb. Susmağı üçün 40 milyon dollar təklif ediblər.
Sent-Kler iddia edib ki, Maskın nümayəndələri ona açıqlama verməməsi müqabilində 40 milyon dollar birdəfəlik ödəniş və aylıq 100 min dollar təklif ediblər. O, məxfilik müqaviləsini imzalamaqdan imtina etdikdən sonra bu təklifin geri götürüldüyünü deyib.
Keçmiş sevgilisi Maskın əsas problemlərindən birinin həqiqətə münasibət formasında olduğunu deyib:
"Onun insanlarla münasibətləri mürəkkəbdir, amma ən mürəkkəb münasibəti həqiqətlədir".
X-də baş verənləri görməzdən gəlmək olmaz
Sent-Kler bildirib ki, Maskın X platformasındakı fəaliyyəti artıq internetdən kənarda da real nəticələr doğurur.
"X-də baş verənləri görməzdən gəlmək olmaz, çünki o, real dünyada mövcud olmayan alovu körükləyir", - deyə o bildirib.
Keçmiş MAGA ("Make America Great Again" - Amerikanı Yenidən Möhtəşəm Et) tərəfdarı hesab edir ki, Mask cəmiyyətdə qəsdən parçalanma yaradır və bunun qarşısı alınmasa, nəticələr fəlakətli ola bilər.
Rejissor Maskın uşaqlığına diqqət çəkdi
Filmin rejissoru Aleks Gibni isə Maskın sivilizasiyanın süqutu mövzusuna olan marağının onun Cənubi Afrikadakı uşaqlığı ilə bağlı ola biləcəyini deyib. Onun sözlərinə görə, Maskın uşaqlığı ağır və travmatik keçib və milyarder həmin travmanı müəyyən mənada cəmiyyətə daşıyır.
Üç il ərzində hazırlanan dörd saatlıq sənədli film Maskın gənc texnologiya sahibkarından raket və elektromobil biznesinə qədər yüksəlişini, daha sonra isə MAGA tərəfdarına çevrilməsini araşdırır.
Gibni filminin sadəcə texnologiya sahibkarının uğur hekayəsi olmadığını bildirib. Rejissor Maskın sərvət və hakimiyyətinin şirkət səhmlərinin dəyərinin şişirdilməsi ilə bağlı olduğunu iddia edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
-
Prezident seçkilərində məğlub oldu, ölkədən getdi - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
XƏBƏR LENTİ
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)





