6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Müdafiə Nazirliyinin keçmiş laborantı Anna Stoun 38 yaşında klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, əvvəllər ateist olan amerikalının ektopik hamiləlik zamanı ürəyi altı dəqiqə dayanıb. O, bu müddətdə uşaqlığındakı müxtəlif yaş dövrlərinə aid öz obrazlarını gördüyünü, Tanrının varlığını hiss etdiyini, reanimasiyadan sonra isə paranormal qabiliyyətlərinin yarandığını iddia edib.
Stounun sözlərinə görə, əvvəlcə dözülməz ağrı hiss edib, daha sonra sanki öz bədəninin yanında dayanaraq həkimlərin onun ölümünü qeydə almasını izləyib. Bu vəziyyətdə o, özünü 2, 6, 12 və 16 yaşlarında görüb, həmçinin həyatı boyu münaqişə yaşadığı insanlarla qarşılaşıb və öz hərəkətlərinə onların baxış bucağından baxa bildiyini deyib.
O, Tanrının varlığını okeana, insanları isə bu okeandan ayrılmış damlalara bənzədib. Stounun təsvirinə görə, hər bir insanın daxilində ilahi bir hissə var və ölümündən sonra insanlar fərdiliyini itirmədən vahid şüur "dənizinə" qayıdırlar. Həkimlər altı dəqiqədən sonra onu həyata qaytara biliblər.
Stoun bildirib ki, həyata qayıtdıqdan sonra onda paranormal qabiliyyətlər yaranıb. Onun sözlərinə görə, təhlükə barədə xəbərdarlıq edən daxili səs eşitməyə başlayıb. Məsələn, bu səs ona piyadanın avtomobil tərəfindən vurula biləcəyi barədə xəbərdarlıq edib. Başqa bir halda isə o, tanımadığı bir şəxsin saatla bağlı ağlından keçirdiyi suala cavab verib.
Cənubi Kaliforniya Universitetində aparılan müayinələr zamanı şizofreniya ehtimalı istisna edilib. Ona yalnız ağır uşaqlıq dövrü ilə əlaqəli posttravmatik stress pozuntusu diaqnozu qoyulub.
Stoun həmçinin alkoqol asılılığından qeyri-adi şəkildə qurtulduğunu deyib. Onun sözlərinə görə, spirtli içki ağzında isti köpüyə çevrilməyə başlayıb. Daha sonra o, mənəvi psixologiya üzrə təhsil alıb və hazırda dərs deyərək digər insanlara travmalarını anlamağa kömək edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var





