Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Almaniyada yerləşən "Renewables Academy AG" (RENAC) bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində peşəkar və texniki potensialın gücləndirilməsinə yönəlmiş "Clean Energy Academy" proqramını Azərbaycanda həyata keçirməyə başlayıb.
CECECO-nun məlumatına görə, proqram Azərbaycanın təmiz enerjiyə keçidini dəstəkləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı mütəxəssislərin sayını artırmağı hədəfləyir.
Proqramın ilk mərhələsi 2026-cı ilin sentyabr-dekabr aylarında keçiriləcək və "Təlimçilərin hazırlanması" (Training of Trainers) proqramı çərçivəsində Azərbaycanın 20 nümayəndəsini əhatə edəcək. İştirakçılar bərpa olunan enerji, enerji səmərəliliyi, təmiz enerji texnologiyaları və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatı istiqamətləri üzrə təlim keçəcək, həmçinin bu istiqamətlərdə təlimlər keçirmək bacarıqlarına yiyələnəcəklər.
Proqram 50 saatlıq müstəqil onlayn təlimi və hər biri yarım gün davam edən səkkiz virtual məşğələni əhatə edir. Proqramı uğurla başa vuran iştirakçılara təlimçi sertifikatları veriləcək.
Növbəti mərhələdə hazırlanmış təlimçilər CECECO ilə birgə müvafiq qurumların ehtiyaclarını nəzərə alaraq təhsil proqramları hazırlayacaq və həyata keçirəcəklər.
CECECO-nun icraçı direktoru Aysel Yaqubova qeyd edib ki, proqram Azərbaycanın təmiz enerji sahəsində peşəkar təhsil, texniki hazırlıq, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi üçün dayanıqlı milli platformanın yaradılmasına xidmət edir.
"Yerli potensialın gücləndirilməsi və bacarıqların inkişafını dəstəkləmək, Azərbaycandakı sosial investisiya fəaliyyətlərimiz üçün prioritet olaraq qalır. Azərbaycan enerji keçidi məqsədlərinə çatmaq istiqamətində irəlilədikcə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsini və ötürülməsini asanlaşdıra biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac artmaqda davam edir", - deyə bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, layihə yalnız iştirakçıların texniki və təlimçi bacarıqlarının inkişafına deyil, həm də mütəxəssislərin hazırlanması üçün dayanıqlı yerli potensialın formalaşdırılmasına yönəlib. Bu potensial proqram başa çatdıqdan sonra da əlavə dəyər yarada biləcək.
Layihə bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə sosial investisiya təşəbbüsü kimi həyata keçirilir. Layihənin məqsədi bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində müstəqil şəkildə peşəkar proqramlar təqdim edə bilən yerli təlimçilərdən ibarət dayanıqlı bir hovuz yaratmaqdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





