Ölkə

Bəzi rayonlarda işıq olmayacaq

9 Sentyabr 2026 23:44
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 10-da Bakının Yasamal rayonunun Transformator Məntəqəsində, Ağdaş, Tərtər və Yevlaxda isə 6 və 10 kV-luq hava xətlərində təmir, eləcə də xətlərə toxunan yaşıllıqların budanması işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev, Zaur Kərimov küçələri, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Ləki qəsəbəsi və Qaradağlı kəndinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtər EŞ-nin ərazisində yerləşən Hacıqərvənd kəndini də əhatə edəcək.

Yevlaxın Aşağı Qarxun, Ərəbbəsrə, Meyvəli, Yuxarı Qarxun kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.