Hadisə

"Azərişıq" əməkdaşı faciəvi şəkildə öldü

24 Oktyabr 2024 10:36
Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub.

Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

ASC əməkdaşı hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.