Texnologiya

Məşhur şirkət çökür - maaşları və iş saatını azaldır - FOTO

22 Noyabr 2024 11:50
Baxış: 2 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alman şirkəti "Bosch" 2025-ci ilin mart ayından etibarən Almaniyada 450 əməkdaşının iş saatlarını azaldacaq.

Milli.Az xəbər verir ki, şirkət bu addımı çətin iqtisadi vəziyyətə uyğunlaşmaq məqsədilə atdığını bildirib. Şirkət sözçüsünün açıqlamasına görə, hazırda həftədə 38-40 saat işləyən işçilər 35 saatlıq rejimə keçəcəklər. Bu dəyişiklik əsasən Ştuttgart və Gerlingen şəhərlərindəki işçiləri əhatə edir.

"Bosch"un rəhbəri Stefan Hartung oktyabr ayında "Der Tagesspiegel" qəzetinə verdiyi müsahibədə Almaniyada əlavə ixtisarların mümkünlüyünü istisna etmədiyini vurğulamışdı. Qeyd edək ki, şirkət artıq 7000 vakansiyanın ixtisarı barədə qərar qəbul edib.

Bu qərar Almaniya və ümumilikdə Avropanın avtomobil sənayesində hökm sürən çətinliklər fonunda gəlib. Məsələn, Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen, Çindən gələn ucuz rəqabət və Avropada avtomobil tələbinin azalması səbəbindən xərcləri azaltmaq və mənfəətini artırmaq üçün əməkhaqqı xərclərində 10 faizlik azalma tələb edir. (businesstimes)

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.