Şirvanda gənc qızı döyüb saçını yolan ana və qızı həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs edilib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Tamilla Məmmədova və qızı 1986-cı il təvəllüdlü Ülviyyə Məmmədova (şərti soyadlar) xuliqanlıq əməlində təqsirli bilinib.
T.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar noyabrın 18-də məhkəmə zalında həbs ediliblər.
Bildirilib ki, Ü.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.
Ülviyyə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Ülviyyə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib.
Hadisə baş verən gün isə Ü.Məmmədova və anası Tamilla Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.
Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə





