Dövlət işçilərinə bəd XƏBƏR: Ləğv olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət sektorunda həyatın yığım sığortası üzrə vergi və sığorta güzəştləri 1 yanvardan ləğv olunur.
Milli.Az xəbər verir ki, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Bu, "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Həmçinin 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə sosial sığorta güzəştinin 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiqi nəzərdə tutulur. Belə ki, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Qanunun qəbulu ilə sığortaedənlər (sığortalılar) tərəfindən hesabatların təqdim edilməsi prosesində təcrübədə yaranmış uyğunsuzluqlar aradan qaldırılacaq, sığortaedənlərin (sığortalıların) fəaliyyətinin müvəqqəti dayandırılması, habelə sığortaedən (sığortalı) hüquqi şəxsin ləğv edilməsi, yaxud fiziki şəxsin fəaliyyətinə xitam verilməsi zamanı hesabatın təqdim edilməsi vaxtı tənzimlənəcək.
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı





