Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin eyvanı uçub, ətrafda təhlükəli vəziyyət yaranıb.
Milli.Az bildirir ki, məsələ ilə bağlı "Report"a Yasamal Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan sözügedən bina qəzalı binalar sırasına daxil edilib.
Qeyd edilib ki, müvafiq qurumun ayırdığı vəsait əsasında binada yaşayan sakinlər oradan çıxarılaraq kirayə evlərə köçürülməlidir:
"O bina tam bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olduğu üçün bir neçə gün əvvəl gecə saatlarında hava şəraiti ilə əlaqədar binanın eyvanı çöküb. Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərlə iki ildir danışıqlar aparılır, lakin binanın altında olan qeyri-yaşayış obyektləri köçməyə etiraz edirlər".
--------------
2024.10.24
Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı sakinlər oxu.az-a göndəriblər.
Balkonu uçan binanın tarixi tikili olduğu iddia edilir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.
Milli.Az