Yasamalda binanın balkonu uçdu - VİDEO

23 Oktyabr 2024 17:00

Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı sakinlər oxu.az-a göndəriblər.

Balkonu uçan binanın tarixi tikili olduğu iddia edilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.

Milli.Az