BDU-nun 95 yaşlı kafedra müdiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 95 yaşı tamam olub.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, professor Məsumə Məlikova 70 ildən artıqdır Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
BDU-nun Hüqüq fakültəsinin dekanı Zaur Əliyev 95 yaşlı kafedra müdirini doğum günü münasibətilə təbrik edib.
Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.
1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da "M.F.Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik, 1973-cü ildə isə "XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Məsumə Məlikova 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. O, 1968-ci ildən indiyə kimi bu kafedraya rəhbərlik edir.
M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı, "Şərəf nişanı" və "Şöhrət" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı, "Əmək veteranı" medalı, Təhsil Nazirliyinin "Fərqlənməyə görə" döş nişanını, Bakı Dövlət Universitetinin 75 illiyi münasibəti ilə "Xatirə medalı", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Xatirə" medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)





