Dünya

İzmirdə 7,2 ballıq zəlzələ riski... – Professordan şok

24 Oktyabr 2024 16:08
Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzmirdə 7,2 bal gücündə zəlzələ yaratma gücünə malik 4 fay mövcuddur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli professor Həsən Sözbilir ölkə mediasına açıqlamasında deyib.

O qeyd edib ki, İzmir zəlzələsindən sonra bölgədə yaranan kiçik yeraltı təkanların sayı 30 mini keçib:

"İzmirdə quru ərazilərdə 17 potensial aktiv fay xətti mövcuddur. Eyni zamanda gələcəkdə təhlükə yarada biləcək 4 fay da var. Dənizdə də bir o qədər faylar mövcuddur. Yəni, 40-a yaxın fay təhlükə yaradır. Apardığımız tətqiqatlara əsasən deyə bilərəm ki, bu qırılmalar arasında 7,2 bal gücünə qədər zəlzələ yarada bilən faylar var. Bunların arasında Tuzla fayı xüsusilə seçilir. Sonra Gülbaxça, Seferihisar və İzmir fayları gəlir. Bu 4 fay əslində İzmir üçün ən böyük zəlzələ təhlükəsini yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.