Ölkə

Tanınmış vəkilin son vəziyyəti ilə bağlı qızından AÇIQLAMA

24 Oktyabr 2024 10:25
Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm bu məsələyə həssas yanaşılsın".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva sosial şəbəkədə yazıb.

Vəkilin qızı qeyd edib ki, Əsabəli Mustafayev hazırda anlaqlı vəziyyətdədir.

"Sadəcə nitqində problem yaranıb", - deyə Təhminə Mustafayeva qeyd edib.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə və mətbuatda tanınmış vəkil Əsabəli Mustafayevin komaya düşdüyü barədə məlumat yayılıb.

Onu da qeyd edək ki, Ə.Mustafayev bir müddət əvvəl infarkt keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.