Siyasət

Əli Əsədov Cevdet Yılmaza başsağlığı verdi

24 Oktyabr 2024 14:37
Baxış: 337

Baş nazir Əli Əsədov oktyabrın 24-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ə.Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Baş nazir bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.