Ölkə

Taksilərdə yeni dələduzluq yayılıb - Sürücülər DİQQƏTLİ olun

24 Oktyabr 2024 14:09
Baxış: 2 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər taksilərlə bağlı yeni dələduzluq halı yayılıb.

Milli.Az-a taksi sürücülərinin verdiyi məlumata görə, ödənişin kartla ödənilməsindən istifadə edərək onları aldadırlar.

Belə ki, sərnişin avtomobilə əyləşərək nağd pulu olmadığını və ödənişi kart vasitəsilə etmək istədiyini bildirir. Taksi sürücüsünün kartına pulu göndərdiyini göstərir və ona saxta qəbzin görüntüsünü də göstərir. 

Sürücülərin sözlərinə görə, onlar da buna aldanırlar, lakin sonradan nə qədər gözləsələr də həmin ödəniş kart hesabına yüklənmir. Sürücülər bu halın son zamanlar tez-tez təkrarlandığını bildirirlər. Məbləğlər kiçik olduğuna görə aidiyyatı qurumlara şikayət etmirlər, fırıldaqçılar da bundan daha çox istifadə edirlər.

Taksi sürücüləri imtahan verəcəklər

İnqilab Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.