Türkiyə

Türkiyə tarixində bir ilk: Kosmosa çərəz göndərdi - FOTOlar

24 Oktyabr 2024 14:40
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə dünya miqyasında bir ilkə imza ataraq, kosmosa çərəz göndərib. Bu tarixi hadisə sosial mediada böyük maraqla qarşılanıb və ölkənin qürur mənbəyinə çevrilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, layihə üzərində 30 nəfərlik peşəkar mütəxəssis komandası aylarla işləyib.

Çərəzlər xüsusi olaraq müxtəlif temperatur və aşağı təzyiq şəraitinə davamlı hibrid materiallardan hazırlanan kapsulda kosmosa yola salınıb.

Adananın Örcün meydanından buraxılan kapsul təxminən 94 850 fut (28.91 km) yüksəkliyə qalxaraq stratosferə çatıb. Kapsulun üzərindəki kamera və izləmə cihazları vasitəsilə bütün proses izlənilib və qeydə alınıb.

Üçsaatlıq möhtəşəm səyahətdən sonra kosmik şəraiti təcrübə edən çərəz yüklü kapsul İskenderuna uğurla enib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.