Siyasət

İlham Əliyev İsveçrə Prezidenti ilə söhbət edib - VİDEO - FOTO

18 İyul 2024 13:55
Baxış: 1 108

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd ilə söhbət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olundu.

Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.