Siyasət

Paris meri Makronu Ermənistana ordu göndərməyə çağırdı

18 İyun 2024 21:21
Baxış: 2 357

Fransanın bir sıra siyasətçiləri və ictimai xadimləri prezident Emmanuel Makronu Ermənistana sülhməramlı kontingent göndərməyə çağıran açıq məktub imzalayıblar.

Milli.Az Le Point-ə istinadən bildirir ki,  məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner və digər məşhur şəxslər imzalayıb.

Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, regional qanunvericilik assambleyalarının sədrləri Valeri Pekres (İl-de-Frans), Ksavye Bertran (O-de Frans), Loren Vaskes  (Overn-Ron-Alp), Nitsa şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan (o cümlədən Kipr) və kürd təşkilatlarının nümayəndələri, həmçinin jurnalistlər, yazıçılar və tarixçilər də var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.