Siyasət

Robert Fitso Şəhidlər xiyabanını ziyarət edib - FOTO

7 May 2024 16:30
Baxış: 370

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Baş nazir Robert Fitso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.